AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Premyer Liqa: Bu gün "Zirə" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək

  • + A
  • - A
  • 9-03-2026, 10:09

    Premyer Liqa: Bu gün "Zirə" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək

    Misli Premyer Liqasının XXIII turunda bu gün daha oyun keçiriləcək.

    Günün ilk qarşılaşmasında avrokuboklara iddialı olan "Zirə" autsayderlər sırasından qurtulmağa çalışan "Kəpəz"i qəbul edəcək.

    Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.

    Ardınca isə son turlar yüksəlişdə olan "Neftçi" "Palms Sports Arena"da "Turan Tovuz"u sınağa çəkəcək. Sözügedən qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək.

    "Turan Tovuz" 41 xalla turnir cədəlinin üçüncü pilləsində qərarlaşıb. "Zirə" 38 xalla dördüncüdür. "Neftçi" 31 xalla yeddinci, 16 xala malik "Kəpəz" isə onuncudur.

    Misli Premyer Liqası

    XXIII tur

    9 mart

    18:30. "Zirə" – "Kəpəz"

    Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov

    VAR: Elvin Bayramov

    AVAR: Cavid Cəlilov

    Hakim-inspektor: Zöhrab Qədiyev

    AFFA nümayəndəsi: İlham Əliyev

    Zirə İdman Kompleksinin stadionu

    20:30. "Neftçi" – "Turan Tovuz"

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

    VAR: Elçin Məsiyev

    AVAR: Müslüm Əliyev

    Hakim-inspektor: Anar Salmanov

    AFFA nümayəndəsi: Erkin Hüseynov

    "Palms Sports Arena"

    Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" isə "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı məğlub edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR