AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha 2 nazirliyin birləşdiriləcəyi deyilir - İDDİA

  • + A
  • - A
  • 15-03-2017, 11:05

    Daha 2 nazirliyin birləşdiriləcəyi deyilir - İDDİA
















    Azərbaycanda struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğvi nəzərdə tutulur. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

    Mənbənin məlumatına görə, ləğv ediləcək nazirliklərin bazasında Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin yaradılması layihəsi var: Aqrar sektorun priortitet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq".

    Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, qərarlar Novruz Bayramından sonra elan ediləcək.

    Bir qədər əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Satınalmalar üzrə Dövlət Agentliyi, Nəqliyyat Nazirliyi ləğv edilib (Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib), Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib.

    Mənbənin sözlərinə görə, bu layihədə siyasi amillər də var: Kənd təsərrüfatı naziri Heydər Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Vurulmuş nazirin qudasının da yola salınması ilə bağlı artıq siyasi qərar var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR