Bu gün Bakının Xətai və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Təmir-quraşdırma və "Qaz İxrac" İdarəsinə məxsus "Hövsan-Digah" magistral qaz kəmərindən aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Hadi, A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələrin və Fazenda yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.