Bakıda İndoneziyanın Milli Kreativ İqtisadiyyat Gününə həsr olunmuş "İndoneziya Kulinariya Diplomatiyası Festivalı-2026" keçirilib.
Tədbir İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin Milli Kreativ İqtisadiyyat Hərəkatının nümayəndəliyi ("Gekrafs Azerbaijan") ilə birgə təşkil olunub.
Festival İndoneziyanın Bakıdakı səfirliyinin ərazisində keçirilib. Tədbirin məqsədi Azərbaycan ictimaiyyətini İndoneziyanın milli mətbəxi və mədəniyyəti ilə tanış etmək, eləcə də İndoneziya diasporunun kiçik sahibkarlığına dəstək olmaq olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.