AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb

  • + A
  • - A
  • Bu gün, 11:31

    Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb

    Son 48 saat ərzində Yəməndəki husilərin Taiz əyalətinə hücumları nəticəsində səkkiz dinc sakin ölüb, daha 26 nəfər isə yaralanıb.

    Bu, Yəmən Hüquq və Azadlıqların Müdafiəsi Şəbəkəsinin hesabatında qeyd olunub.

    Təşkilatın məlumatına görə, ölənlər arasında üç qadın və üç uşaq, yaralananlar arasında isə yeddi qadın və dörd uşaq var.

    Hesabatda qeyd olunub ki, husilər Taizin mərkəzindəki Sina məhəlləsinə iki ballistik raket atıblar. Əyalətin yaşayış rayonlarına hücumlar zamanı onlar həmçinin minaatan, reaktiv və artilleriya mərmiləri, eləcə də pilotsuz uçuş aparatları daxil olmaqla, 147-yə yaxın döyüş sursatından istifadə ediblər.

    Oktyabrın əvvəlindən husilər Yəmənin üçüncü ən böyük şəhərini mühasirəyə alaraq, onu hökumətin müvəqqəti paytaxtı olan Ədənlə birləşdirən yolu bağlayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR