Кreml: Ukrayna münaqişəsinin iştirakı olmadan həlli mümkün deyil

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan münaqişənin həlli mümkün deyil.
Peskov bu barədə “İnterfaks”ın ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı olmadan da münaqişənin həllinin mümkünlüyü ilə bağlı fikirlərini şərh etmək xahişinə cavabında danışıb.
“Kiyevin nümayəndələrindən heç kimin iştirakı olmadan Ukrayna məsələsini tam şəkildə həll etmək mümkün deyil. Buna görə də Kiyevdə kimsə münaqişənin nizamlanması ilə bağlı məsuliyyətli qərar qəbul etməlidir. Bu, mütləq olmalıdır”, – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, ötən həftə Ukrayna münaqişəsinin nizamlanması perspektivlərindən danışan ABŞ Prezidenti Donald Tramp tərəflərin sonda bu və ya digər formada razılığa gələcəyinə ümid etdiyini bildirib. Bununla yanaşı, Tramp həmin razılaşmanın Zelenskinin iştirakı olmadan əldə edilə biləcəyini deyib.
“Amma bu, onun (Zelenskinin) iştirakı olmadan baş verəcək, çünki o, münaqişənin həllini istəmir”, – deyə Ağ Ev rəhbəri qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.