AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib

  • + A
  • - A
  • Bu gün, 11:53

    Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib

    ABŞ və İran arasında razılaşmanın əldə olunmasına dair səylər çərçivəsində qətərli vasitəçilər Tehrana qayıdıblar.

    Bu barədə "Reuters" danışıqların gedişatı ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

    Bildirilib ki, vasitəçilik danışıqları Vaşinqtonla əlaqələndirilir.

    Mənbənin sözlərinə görə, Qətər İrana sülh planının layihəsini təqdim edib. Lakin yüksək vəzifəli İran rəsmisi təklif olunan şərtləri qəbuledilməz adlandırıb və Tehranın nüvə proqramı üzrə mövqeyini dəyişmək niyyətində olmadığını bildirib.

    "Vaşinqton əvvəldən nüvə məsələlərinin danışıqların gündəliyinə daxil edilməsində israr edir. Tehran isə ABŞ-dən ilk növbədə İran limanlarının blokadasını dayandırmağı və neft ixracına qoyulan sanksiyaları ləğv etməyi tələb edir", - nəşr qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR