AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məleykə Abbaszadə builki imtahanlardan nə qədər qazanıb? - RƏQƏMLƏR/ MÜSAHİBƏ

  • + A
  • - A
  • 29-03-2017, 11:37

    Məleykə Abbaszadə builki imtahanlardan nə qədər qazanıb? - RƏQƏMLƏR/ MÜSAHİBƏ
















    Təhsil üzrə ekspert Kamran Əsədovun BakiPost.az-a müsahibəsi:

    - Kamran müəllim, magistraturaya sənəd qəbulu başa çatdı. Dövlət İmtahan Mərkəzi saytının məlumatına görə magistraturaya ərizə verənlərin sayı Azərbaycan bölməsi üzrə - 11809; rus bölməsi üzrə - 1264 olub. Beləliklə, 2017/2018-ci tədris ilində magistraturaya cəmi – 13073 bakalavr sənəd qəbulunda iştirak edib. Bəs rezidentura üzrə imtahanda iştirak edənlərin sayı necədir?

    - Dövlət İmtahan Mərkəzinin rəsmi saytına görə 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd vermək istəyənlərin sayı Azərbaycan bölməsi - 923; rus bölməsi - 152; cəmi – 1075 nəfər təşkil edir. 2016-cı ildə isə bu rəqəm 1239 nəfər, 2015-ci ildə 1245 nəfər təşkil edirdi.

    - Magistr pilləsinə qəbul üçün imtahanların qiyməti bu il sənəd qəbuluna təsir etdimi? Əvvəlki illərdə hansı göstəricilər var idi?

    - Məlumat üçün bildirim ki, 2016-cı ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 10-dan 19-dək aparılıb. 2016-cı ildə imtahanda iştirak etmək üçün 24110 bakalavr ərizə təqdim edib. Onlardan 21822 nəfəri Azərbaycan bölməsi, 2288 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10281 nəfəri oğlan, 13829 nəfəri isə qızlar, bakalavrlardan 11550 nəfəri 2016-cı ilin ilin məzunları, 12560 nəfəri isə əvvəlki illərin məzunları olub. 2016-cı ildə 63 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib. 2015-ci ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb. 2015-ci ildə isə imtahanda iştirak etmək üçün 23230 (2014-cü ildə 24560) bakalavr ərizə təqdim edib. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlar təşkil edib. 2015-ci ildə magistr pilləsinə sənəd verən bakalavrlardan 11620 nəfəri 2015-ci ilin məzunları, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 2016-cı ildə 50 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib.

    - Rəqəmlərdən görünür ki, bu il sənəd verənlərin sayında ciddi azalma var. Müəyyən olunmuş plan yerləri boş qala bilərmi? Ötən illərdə plan yerləri ilə bağlı rəqəmlər necəydi?

    - Qeyd etdiyim kimi, 2016-2017-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün, ümumilikdə 24110 bakalavr qeydiyyatdan keçib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 5184 bakalavr respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Lakin qəbul olanlardan 730 nəfəri (14 %) müəyyən olunmuş vaxtda ali məktəblərdə qeydiyyatdan keçməyib. Boş qalan plan yerlərinə aparılan müsabiqədə isə əlavə olaraq 305 nəfər magistratura səviyyəsinə qəbul olub. 2016-cı il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5142 (69.85 %), rus bölməsi üzrə 825 (11.21 %), birgə müsabiqə əsasında isə 1395 (18.95%) yer olmaqla, ümumilikdə 7362 plan yeri ayrılıb. İmtahanının nəticələrinə əsasən, 4769 bakalavr (Azərbaycan bölməsi üzrə 4312, rus bölməsi üzrə 457) magistratura səviyyəsinə qəbul olub. Onlardan 2209 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Rəsmi rəqəmlərdən də göründüyü kimi qəbul planı 64.78 % dolub. Plan yerlərindən 2593-ü (35.22 %) boş qalıb. 2016-cı ildə yalnız plan yerləri isə 80 faizdən çox dolub. 2015-ci ildə isə ayrılmış 6289 plan yerinə 5017 bakalavr (onlardan 2002 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 79.77% dolmuşdu. Bu il magisrt pilləsinə qəbul plan yerlərinin artdığını və 8 minə çatdığını nəzərə alsaq bu il ciddi şəkildə plan yerinin boş qalacağı qaçılmazdır.

    - TQDK ləğv olunub hüquqi şəxs olan DİM-ə çevrildikdən sonra keçirilən magistr və rezidenturaya qəbul imtahanlarından bu qurum nə qədər gəlir əldə edib?

    - Hələ imtahanın birinci mərhələsi üçün sənəd qəbulu həyata keçirilir. Magistr pilləsinə qəbul olmaq üçün birinci mərhələdən qeydiyyatdan keçən bakalavrların sayı 13073-dır. Hər bir bakalavr imtahanın birinci mərhələsində iştirak etmək üçün 50 manat ödəyib. Deməli magistr imtahanının birinci mərhəlsindən DİM 653650 manat gəlir əldə edib. Rezidenturaya qəbul olmaq istəyənlərin sayı isə 1075-dir. Rezidenturaya qəbul olmaq istəyənlərin isə hər biri birinci mərhələdə iştirak etmək üçün 60 manat ödəyib. Məlum olur ki, rezidenturaya imtahanının birinci mərhəlsindən DİM 64500 manat gəlir əldə edib. Bu rəqəmləri hesablasaq aydın olar ki, DİM Magistr və Rezidenturaya qəbul imtahanlarının birinci mərhələsindən 718150 manat gəlir əldə edib.

    - Necə düşünürsüz, imtahan qiymətlərinin atrması təhsilin keyfiyyətinə təsir göstərə bilərmi?

    - Əlbətdə ki, yox. Çünki, qəbul imtahanları sadəcə olaraq seçim üsuludur. Onun necə keçirilməsi təhsilin keyfiyyətinə o qədər də ciddi təsir göstərə bilməz. Magistr pilləsinə riyazi məntiq, proqramist səviyyəsində informatika və akademik səviyyədə xarici dildən aparılan imtahanlar təhsilin keyfiyyətinə heç bir müsbət təsir göstərə bilməz. Təhsilin keyfiyyətinə təsir edən əsas məsələ rəqabət mühitinin olmasıdır. Amma imtahanda iştirak edənlərin sayının azalması rəqabət mühitini aşağı salır. Bundan başqa kifayət qədər savadlı, prespektivli gənclər maddi imkanları zəif olduğuna görə bu prosesdən kənarda qalacaq. Keyfiyyətin artırılması ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldiləməsi ilə həyata keçirilə bilər. Riyazi məntiqdən yaxş bal toplamaqla, informatikanı əzbərləməklə və xarici dildə qaydaları əzbərləməklə imtahanda nəticənin yüksəldilməsi təhsilin inkişafına təsir edə bilməz. Kiminsə yüksək bal toplaması onun yüksək hazırlıqlı kadr olması demək deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR