Elmar Vəliyev sahibi olduğu iddia edilən otelin inşaası bir müddətdir yarımçıq qalıb.
Gəncənin Hacıkənd qəsəbəsində inşa olunan “Arfa” otelinin tikintisi bir müddətdir ki, yarımçıq qalıb. Yeddi mərtəbədən ibarət olan otel kompkleksi Hacıkənd qəsəbəsinin mərkəzi hissəsində tikilib.
Beş ulduzlu otellərin tələblərinə uyğun aparılan tikili təxminən iki ildir ki, davam edirdi. Artıq həmin tikinti dayandırılıb.
Otel kompleksi Gəncə şəhərinin 19 kilometrliyində yerləşir. Məqsəd yay aylarında Göygöl-Hacıkənd bölgəsinə yerli və xarici qonaqların, eləcə də yerli turistlərin sıxlığı nəzərə alınaraq onlara yüksək xidmət göstərmək olub.
Yeni otel binasının Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu iddia olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.