AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərəfli ömür yolu - Əyyub Əyyubov

  • + A
  • - A
  • 20-12-2016, 10:01

    Şərəfli ömür yolu - Əyyub Əyyubov














    Ümum milli lider, ulu öndər Heydər Əliyev turizmi Azərbaycan iqtisadiyyatının qeyri neft sektorunun ən perspektivli sahələrindən biri kimi dəyərləndirirdi.
    Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bu sahənin inkişafını təmin etmək üçün dövlət proqramında xüsusi yer verilməsini təmin etmişdir. Nəticədə ölkə başçısının göstərişi və Nazirlər kabinetinin qərarı ilə Azərbaycanda turizm üzrə iki yeni təhsil müəssisəsi yaradılmışdır. Mingəçevir Turizm Kolleci öz üzərinə düşən yüksək məsuliyyəti məhz bu kontekstdə yəni ölkə rəhbərliyinin diqqət və qayğısının ifadəsi kimi dəyərləndirir.
    Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 №-li qərarı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 10.04.2006-cı il tarixli, 101 №-li əmri əsasında fəaliyyətə başlamışdır.
    İxtisasının mahiyyətini, sosial mənasını dərindən dərk edən, Azərbaycan tarixinin əsas mərhələlərini, xronologiyasını bilən, dövlət dilində sərbəst danışan, standart və qeyri standart şəraitlərdə qərar qəbul edən, öz peşə fəaliyyətini təşkil edən, ixtisas səviyyəsini daim artıran, işin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürməyi bacaran, peşə vəzifəsini əxlaqi normalara və xidməti etikaya uyğun yerinə yetirən subbakalavr hazırlayan Mingəçevir Turizm Kolleci yarandığı gündən öz fəaliyyətini güclü maddi-texniki bazanın və kadr potensialının yaradılmasına, güclü tədris intizamının formalaşmasına və beynəlxalq əlaqələrin qurulmasına yönəltmişdir.

    Kollecdə maddi-texniki bazasının yaradılması əsas prioritet sahələrdən olmuşdur. Mingəçevir Turizm Kollecinin maddi-texniki bazası lazımi normalara və standartlara müvafiq formalaşdırılmışdır.

    Mingəçevir Turizm Kollecinin fəaliyyəti müddətində professor Əyyub Avdın oğlu Əyyubov Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Sosial İqtisadi Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, təhsil sahəsindəki xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının «Avropa Şərəf orderi» Türk Dünyası elminə, təhsilinə, iqtisadiyyatına xidmətlərinə görə “Atatürk mükafatı”, «Dövlətlərarası qızıl ulduz» medalı ilə təltif olunmuşdur.

    Mingəçevir Turizm Kollecinin qarşısında duran əsas vəzifələrdən biri gənclərin tərbiyə işinin təşkilidir. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlərin ana xəttində əsası ulu öndərimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyasının metodoloci əsaslarından irəli gələn vəzifələr durur. Kollecin tədris ili üzrə təlim-tərbiyə işlərinin təşkilinə aid hər bir qrup rəhbəri iş planınını hazırlayır və tədris ili ərzində təlim-tərbiyə işlərini öz iş planına uyğun aparır.
    Qeyd olunan və diqqətə çatdırılan faktlar bir daha göstərir ki, Mingəçevir Turizm Kollecinin on illik fəaliyyətinin nəticələri uğurlu olmuş, möhkəm təminatlı və ölkəmizin təhsil sistemində sanballı mövqeyi olan təhsil müəssisəsi yaradılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR