AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlər xidməti maşınlarda milyonları necə dəyişib? - Şok iddialar

  • + A
  • - A
  • 26-04-2017, 09:42

    Nazirlər xidməti maşınlarda milyonları necə dəyişib? - Şok iddialar
















    Ölkədə milyonların çıxarıldığı, yüzminlərlə manat və dolların devalvasiya ərəfəsində gizli şəkildə dəyişdirildiyi haqda iddialar səslənməkdə davam edir

    Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bank sədri Elman Rüstəmov, Beynəlxalq Bankın yeni rəhbərliyi və ayrı-ayrı məmurların iştirakçısı olduğu dollar oyununda milyonların necə çevrilməsinin təfərrüarı üzə çıxıb. Bunu yəhudi əsilli deputat açıqlayıb.

    “Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Primorskidə öz villarında yaşayan şəxslər qəza xidməti maşınlarında çamadanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi. Babalarımızın, nənələrizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir”.

    Millət vəkili Yevda Abramov Milli Məclisin plenar iclasında yenidən sərt çıxışı ilə yadda qalıb.

    O çıxışında qeyd edib ki, “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı aralarında müəyyənləşdirə bilmirlər.

    Oliqarx-nazirlər, komitə sədrləri, məmur təbəqəsi əllərindəki manat kapitalını tələm-tələsik dollara çevirib. Hazırda heç bir məmurun hesabında və ya evində manat yoxdur. Amma əhali böyük pullar itirməkdədir.

    Azərbaycan 2008-2009-cu illərdə maliyyə böhranını belə ağrılı keçirməmişdi. O dönəmdə neftin dünya bazarındakı qiyməti və ölkədə iqtisadi inkişaf tempinin sabitliyi böhranın zərbələrini daha az hiss etdirdi.

    Hazırda külli miqdarda valyuta xaricə daşınır. Bildiyiniz kimi banklarda dollar satışı müəyyən məhdudiyyətlə həyata keçirilir, həm də şəxsiyyət vəsiqəsi tələb edilir.

    Böyük rüşvət pulları əldə edən məmurlar isə həmin limitlə kifayətlənə bilməz. Ona görə də məhz “qara bazar”a üz tuturlar. Beləcə ölkədən çıxarılan dollar, ölkəyə gətirilən dolları üstələyir.

    Ulus.Az-ın verdiyi xəbərə görə, Azərbaycan Mərkəzi Bank manatın “üzən məzənnə”yə keçdiyini elan etsə də, hələ də inzibati metodlarla milli valyutaya təsir etməkdə davam edir.

    Əgər həqiqətən də “üzən məzənnə” siyasəti yürüdülsəydi, baş bank hər gün məzənnə elan etmək lüzumunda bulunmazdı.

    Digər tərəfdən, yalnız dollar alıb-satanlar yox, eyni zamanda bir sıra məmur təbəqəsi var ki, əllərində olan manatı “qara bazar” vasitəsilə dəyişərək ölkədən çıxarır.

    Hazırda külli miqdarda valyuta xaricə daşınır. Bildiyiniz kimi banklarda dollar satışı müəyyən məhdudiyyətlə həyata keçirilir, həm də şəxsiyyət vəsiqəsi tələb edilir.

    Böyük rüşvət pulları əldə edən məmurlar isə həmin limitlə kifayətlənə bilməz. Ona görə də məhz “qara bazar”a üz tuturlar. Beləcə ölkədən çıxarılan dollar, ölkəyə gətirilən dolları üstələyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR