AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR

  • + A
  • - A
  • 2-06-2020, 22:58

    Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR


    Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına Milli Məclis tərəfindən yeni üzvlər təyin olunacaq.

    Oxu.Az xəbər verir ki, deputatlardan parlament sədrinin müavini Adil Əliyevin, Əminə Ağazadənin, Elşad Mirbəşiroğlunun, Arzu Nağıyevin Komissiyaya üzv təyin edilməsi gözlənilir. Həmçinin Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də quruma üzv gətiriləcək.

    Məsələyə Milli Məclisin iyunun 5-də keçiriləcək iclasında baxılacaq.

    Xatırladaq ki, 2004-cü il martın 3-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

    Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

    Hazırda Komissiyanın Milli Məclis tərəfindən təyin edilən üzvləri aşağıdakı şəxslərdir: Parlament sədrinin birinci müavini Əli Hüseynli, digər deputatlar Bəxtiyar Əliyev, Ziyafət Əsgərov, Baş nazirin müavini Əli Əhmədov (deputat olarkən təyin olunub) və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR