Azərbaycanda karantin rejimini pozan yüksək vəzifəli şəxs işdən çıxarıldı
Bərdə Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi işdən çıxarılıb.
AzasMedia.az xəbər verir ki, baş həkim Hüseynov Həsən Fərman oğlu bu gün tutduğu vəzifədən azad edilib.
H.Hüseynovun yerinə hələlik təyinat olmayıb.
Faktı TƏBİB-dən Oxu.Az-a təsdiq ediblər.
Qeyd edək ki, onun işdən çıxarılmasına karantin qaydalarına əməl etməməsi, eləcə də, Diaqnostika Mərkəzində bir neçə işçinin koronavirusa yoluxması səbəb olub.