AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Özəl sektor koronavirusla mübarizədə öz töhfəsini verməkdədir”

  • + A
  • - A
  • 10-06-2020, 20:31

    Deputat: “Özəl sektor koronavirusla mübarizədə öz töhfəsini verməkdədir”

    Bu gün Azərbaycanda özəl sektor koronavirus pandemiyasına qarşı mübarizədə öz töhfəsini verməkdədir və özəl sektorun bu fəaliyyətini cənab Prezident İlham Əliyev də yüksək dəyərləndirib.

    Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Məşhur Məmədov deyib.

    Millət vəkilinin sözlərinə görə, cənab Prezident iyunun 9-da modul tipli xəstəxanların açılışı zamanı özəl sektorun koronavirus pandemiyası dövründə fəaliyyətinə yüksək dəyər verərək bildirib ki, bu gün özəl sektor ölkənin sosial həyatındakı bir sıra məsələlərdə aktiv iştirak etməklə, məsuliyyətin altına girərək dövlətin yükünü azaldır.

    “Cənab Prezident bu yaxınlarda qaçqın və məcburi köçkünlər üçün tikilib istifadəyə verirlən “Qobu Park-3” yaşayış massivinin açılışı zamanı özəl sektorun sosial layihələrdə aktiv iştirakını təqdir edərək xüsusi rolunu qeyd edib. Hələ o zaman ölkə başçısı bildirdi ki, özəl sektor sosial layihələrdə iştirak etməklə dövlətə dəstək verməklə, onun üzərinə düşən yükü azaltmağa çalışır. Bu gün özəl sektora aid şirkətlər təkcə qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması isiqamətindəki layihələrdə deyil, eyni zamanda digər ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən digər sosial layihələrdə iştirak edir. Açıq etiraf etmək laızmdır ki, koronavirus pandemiyası dövründə özəl sektor cəmiyyət qarşısındakı məsuliyyətini dərk edib, ölkəmizin bu bəladan daha az itki ilə çıxması, aztəminatlı ailələrin sosial problemlərinin təminatında və iqtisadi aktivliyin qorunub saxlanmasında xüsusi aktivlik nümayiş etdirərək öz töhfəsini verməkdədir. Düzdür, əsas yük yenə də dövlətin üzərinə düşür. Amma özəl sektor da maksimum dərəcədə bu məsələdə öz töhfəsini verməyə çalışır. Cənab Prezidentin dediyi kimi, bu gün koronavirus pandemiyası zamanı virusa yoluxan şəxslərin müalicəsi üçün tikiləcək 10 modul tipli xəstəxanının 4-nü məhz özəl sektor tikərək istifadəyə verəcək. Bundan əlavə olaarq indiyədək özəl sektorun təmsilçiləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımı ediblər. Fəaliyyətini bununla bitirməyərək karantin rejimi dövründə əhalinin həssas və aztəminatlı təbəqəsinə maddi-sosial, məşğulluq probleminin həllində öz dəstəyini verib. Ölkə başçısı özəl sektorun pandemiya dövründəki fəaliyyətini belə dəyərləndirib: “Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir”. Cənab Prezidentin özəl sektora verdiyi dəyərdən sonra, özəl sektorun təmsilçiləri daha da ruhlanaraq bundan sonrakı müddətdə cəmiyyət və dövlət qarşısındakı sosial məsuliyyətini dərk edərək daha aktiv fəaliyyət göstərəcək. Ölkəmizin pandemiyadan həm xəstəlik, həm də iqtisadi cəhətdə daha az itki ilə çıxmaq istiqamətində töhfəsini verəcək”- deputat qeyd edib.

    Millət vəkili əlavə edib ki, çünki bu gün ölkə başçısının yürütdüyü siyasətin ana xəttini vətəndaşın sağlamlığı təşkil edir: “Cənab Prezident bəyan edib ki, iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcəkdir, insanların həyatını isə bərpa etmək mümkün deyil. Bununla ölkə başçısı bir dha sübut etdi ki, insanların həyatı onun üçün necə də qiymətlidir. Bir sözlə ölkə başçısı atdığı bütün addımlar və fəaliyyət ancaq Azərbaycan vətəndaşının sağlamlığının müdafiəsinin təmin olunmasına, onun sosial rifah halında yaşamasına yönəlib. Məhz bunun nəticəsi olaraq bu istiqamədə uğrular əldə edilib və prosesi nəzarətdə saxlamaq mümkündür.
    Cənab Prezidentin bu fəaliyyətini pandemiya dövründə təkcə Azərbaycan insanı yox, bütün dünya şahidi oldu. Bir sözlə Azərbaycan koronavirus pandemiyası ilə bağlı öz modelini formalaşdırıb və bu, beynəlxalq aləm tərəfindən də yüksək dəyərləndirilir. Çünki Azərbaycan hökuməti təkcə vətəndaşının qeydinə qalmadı, eyni zamanda beynəlxalq aləmdə pandemiyaya qarşı mübarizədə öz töhfəsini verməkdədir. Bu məqsədlə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına iki dəfəyə 10 milyon dollar vəsait köçürdü. Bundan əlavə olaraq 29 ölkəyə yardım edib. Ümumiyyətlə Azərbaycan beynəlxalq aləmin pandemiyaya qarşı effektiv mübarizəsinin təşkil olunması istiqamətində çox fəal rol oynadı və beynəlxalq aləmin birgə fəaliyyətinin təşkil olunmasına nail oldu.
    Onu da qeyd edim ki, dövlət vətəndaşların sağlamlığının müdafiəsi və təmin olunması istiqamətində üzərinə düşən bütün lazımi addımları atıb və atmaqda davam edir. Gərək vətəndaşlarımız da dövlətin və hökumətin bu istiqamətdə gördüyü işlərə dəyər verib, tətbiq edilən qaydalara riayət edərək bu bəladan daha tez və az itki ilə çıxamqda öz dəstəyini verməlidir. Bu dəstək isə ondan ibarətdir ki, vətəndaşlar pandemiya ilə bağlı qaydalara ciddi əməl edib, sosial izolyasiya və digər qaydalara əməl etməlidir. Çünki son günlərdə yenidən virusa yoluxma sayının artması dövləti və cəmiyyəti narahat edir. Ona görə də dövlət məcburiyyət qarşısında bir sıra sərtləşdirilmiş qaydalara əl atmaq zorunda qalır. Bu da nacaq və ancaq bir daha vətəndaşın sağlamlığının qorunmasına yönəlib.Odur ki, insanlarımız da cəmiyyət qarşısındakı sosial məsuliyyətini dərk edib, bu bəladan tez bir zamanda az itki ilə çıxab normal həyatımızı bərpa edək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR