AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıdakı yarış üçün hazırlanmış medallar İsveçdə təqdim oluna bilər

  • + A
  • - A
  • 1-07-2020, 13:03

    Bakıdakı yarış üçün hazırlanmış medallar İsveçdə təqdim oluna bilər


    Bu ilin martında Bakıda keçirilməli olan, lakin koronavirus pandemiyasına görə ləğv olunan karate üzrə Avropa çempionatının medalları xatirə kimi təqdim olunacaq.

    Bunu  Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

    “Avropa çempionatı üçün sifariş etdiyimiz qızıl, gümüş və bürünc medallara görə zərərə düşdük. Ancaq onlardan səmərəli istifadə etməyin lazım olduğunu düşünürük. Buna görə də, gələn ilin martında Premyer Liqa yarışı kimi keçirəcəyimiz Baku Open turnirində həmin medalları qaliblərə əsas medallara əlavə xatirə suveniri kimi təqdim etmək istəyirik.

    Düzdür, Baku Open turniri Premyer Liqa olacağından, burada tək Avropadan yox, digər qitələrdən də karateçilər yarışacaq. Bu səbəbdən bəlkə həmin yarışda medalları qeyri-avropalı karateçilərə verməyimiz düzgün olmaz.

    Başqa variant kimi, gələn il İsveçin Geteborq şəhərində keçiriləcək Avropa çempionatında medalları suvenir kimi təqdim edə bilərik. Artıq bu barədə Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinosa da məlumat vermişəm. O, bu təklifi yaxşı qarşılayıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR