AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mebel İstehsalçiları Assosiasiyası” bu sahənin inkişaf etdirilməsi üçün nələri düşünürlər?

  • + A
  • - A
  • 3-07-2020, 21:20

    “Mebel İstehsalçiları Assosiasiyası” bu sahənin inkişaf etdirilməsi üçün nələri düşünürlər?


    ​ ​ ​ Son vaxtlar dünya iqtisadiyyatının bir çox sahələrində yeni böhran mərhələsinin başlanması, neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayılması və s. kimi xoşagəlməz halların varlığı hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının da iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir. Pandemiyanın ölkəmizin iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupunun fəaliyyətində əsas istiqamət, məhz belə təsirlərə məruz qalan sahələrin müəyyən olunması, iqtisadiyyata və sahibkarlığa dəstək paketini müəyyən etməkdən ibarətdir. Bu Qrupa daxil olan qurumların birgə və intensiv fəaliyyətləri nəticəsində qısa bir müddət ərzində təsirə məruz qalmış bütün sahələr müəyyən olunmuş və sahibkarlara müəyyən məbləğdə dəstək ​ də göstərilmişdir. Dövlətimiz tərəfindən göstərilən dəstək paketində olan proqramlar, məhz post pandemiya dövründə sahibkarlığın inkişaf etdirilməsinə hesablanılmış dəstək paketidir. Cənab Prezidentin post pandemiya dövründə qeyri-neft sektoruna verdiyi dövlət dəstəyinin həyata keçirilməsi mexanizmi MDB ölkələri arasında ilk dəfə Azərbaycanda tətbiq olunmuşdur ki, bu da real dayanaqlığımızın inkişafafına hesablanmış addımlardır. Dövlət başçısının qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı verdiyi mühüm qərarlar və güzəşlər paketi (maliyyə dəstəyi, vergi və sosial güzəştlər paketi) mebel sənayesinin dayanıqlı dayanmasına və inkişaf etdirilməsinə çox böyük təkan verməkdədir. Aktiv vergi ödəyicisi olan mebel istehsalçılarının əksəriyyətinin dövlətdən dəstək alması bizə məlumdur və bugünə kimi təqribən 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb ki, bunların içərisində mebel isehsalçıları da var. Bu cür güzəştlər paketi, müəyyən dövr üçün sahibkarların vergi və sosial yükün azaldılmasına səbəb olacaq. Bundan sonra onlar da, həm öz gəlirlərini bərpa etməyə, həm də istehsal prosesini inkişaf etdirməyə nail olacaqlar.
    ​ ​ ​ ​ Azərbaycanda bir çox sahələrin özünəməxsus spesfik tarixi olduğu kimi, mebel sənayesinin də özünəməxsus spesfik tarixi xüsusiyyətləri var. Bu gün ölkəmizdə mebel sənayesi formalaşsa da, təəssüflər olsun ki, bu sahə üzrə məşğul olan şirkətlərin bir-biri ilə sıx əlaqəsi yoxdur. Buna görə də “Mebel İstehsalşıları Assosiasiyası” olaraq ilk növbədə onlar arasında inteqrasiya yaratmağa çalışırıq, dəyirmı masa və görüşlər təşkil edirik, hər hansı problemlı məsələ əmələ gəldikdə isə, imkan daxilində onlara dəstək də oluruq.
    ​ ​ ​ Məlumat uçün bildiririk ki, hal-hazırda ölkə üzrə mebel sənayesi sektorunda 10 min nəfərə qədər işçi qüvvəsi çalışır. Azərbaycanda dəyərli, güclü və özünə güvənən mebel istehsalçıları qüvvəsinin olmasına baxmayaraq, bu gün bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə, mebel sənayesi sektorunda çalışan işçilərin sayının artırılmasına zərurət var. Bunun üçün istehsal olunan mebellərin yalnız ölkə daxilində deyil, eyni zamanda xarici ölkələrə də ixrac olunması üçün, ölkəmizdə mebel istehsalı üzrə peşəkar kadr potensialı hazırlanmalıdır. Bəli, açıq şəkldə qeyd edək ki, hal-hazırda bu sahədə ciddi çatışmazlıqlar mövcuddur. Buna da əsas səbəb, ölkəmizin hec bir tədris müəssisələrində (peşə məktəblərində, kolleclərdə və univeristetlərdə) bu sahə üzrə peşə ixitsaslarının olmamasıdır. İkinci əsas və vacib məsələ isə, ölkəmizdə mebel istehsalı üçün lazım olan əsas xammalın olmamasıdır ki, belə bir halın varlığı da, bu gün bu​ sahənin dayanıqlı inkişafina öz mənfi təsirini göstərməkdədir. Əgər mebel istehsalında xarici bazarlardan aldığımız aksessuarları və materialları özümüz istehsal edə bilsək, o halda bu sahənin dayanıqlı inkişafına təkan vermış olarıq. Nə yaxşı ki, ölkəmizdə yerli xammal komponentləri olan şüşə, taxta və s. materiallar mövcuddur və onları özümüz istesal edirik. Yəni, xaricə mebel məhsulları ixrac etmək gücünə malik olmaq üçün, mebel istehsalı üçün lazım olan materilları da, məhz Azərbaycan brendi adı altında dünya bazarına ixrac etmək gərəkdir. Unutmayaq ki, mebel istesalında yerli materilların olması məhsulun maya dəyərinin aşağı düşməsinə, məsuldarlığın və əmək haqqının artmasına, qiymətlərin isə real bazar qiymətlərinə uygun olmasına öz təsirini göstərər.
    ​ ​ ​ Bəli, bu gün mebel sənayesini inkişaf etdirmək üçün istehsal olunan məhsulları təkcə ölkə daxilində deyil, eyni zamanda xarici ölkələrə ixrac etməyin yollarını araşdırıb tapmaq, lazımi fikir mübadiləsi aparmaq, bir sözlə ortaq tədbirlər həyata keçirmək lazımdır. Bunun üçün ən vacib məsələ mebel sənayesinə birbaşa xarıci investorların və xarici investisiyaların cəlb olunması, ixracyonümlü iqtisadi artım modelinin işlənib hazırlanması və stateji xəttin istehsal zəncirinə lazım olan bütün komponetlərin tamamlanması həyata keçirilməlidir. Bu kimi addımların atılması, birbaşa ölkəmizdə daha çox insanın işlə təmin olunmasına və məhsuldarlığın artmasına səbəb olacaq.​
    ​ ​ ​ ​ Bir faktı da qeyd edək ki, cənab Prezident 2015-ci ildə ölkəmizdə rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq və dünya iqtisadiyyatına çıxış əldə etməyin yollarını müəyyən etmək üçün, lazımi addımların atılmasının zəruri olduğunu qeyd etdi. Biz də ölkə rəhbərimizin bu yöndə vermiş olduğu tapşırıq və tövsiyyələrini əsas tutub, “Azəbaycan Mebel İstesalşıları Assosiasiyası” ictimai birliyi olaraq bütün mebel istesalşılarını qeyd olunan hədəf ugrunda “Made in Azerbaijan” brendi adı altında dünya iqtisadiyyatına tanıtdırmaq və ölkəmizin prespektivli gələcəyi üçün lazımi töhfələr vermək niyyətindəyik. İnanırıq ki, bu yöndə atacağımız addımlar yaxın vaxtlarda öz təsdiqini tapacaq və hər kəs də bunların canlı şahidi olacaq.
    “Mebel İstehsalçiları Assosiasiyası” bu sahənin inkişaf etdirilməsi üçün nələri düşünürlər?












    Əli Nağiyev
    Azərbaycan Mebel İstehsalçiları Assosiasiyası İctimai Birliyinin sədr müavini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR