AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ iqtisadiyyatı çökür – Dünya böhran ərəfəsində

  • + A
  • - A
  • 20-04-2020, 11:23

    ABŞ iqtisadiyyatı çökür – Dünya böhran ərəfəsində


    Qubad İbadoğlu
    İqtisadçı alim
    ABŞ iqtisadiyyatı batır, ardınca da dünya iqtisadiyyatını dərin böhrana aparır.

    Dünya bazarında xam neftin qiymətləri yenidən sürətlə ucuzlaşmağa başlayıb, bu gün səhər Asiya birjalarında ABŞ neft markası olan WTI qiyməti hər barrel üçün 15,54 faiz ucuzlaşaraq 15,30 dollara qədər aşağı düşüb. Bu, 1999-cu ildən başlayaraq son 21 ildə – ABŞ nefti üçün qeydə alınan ən aşağı qiymət səviyyəsidir. Bu gün Brent markalı neftin qiyməti hər barrel üçün 27,85 dollar olub və bu 2 xam neft markası arasında fərq 12,5 dollaradək artıb.
    Azərbaycan nefti birjada satılmadığına görə, onun qiyməti barədə yeni informasiyaya hələ ki, çıxış yoxdur. Azeri Light markasının ötən həftənin 5-ci gününə olan son qiyməti hər barrel üçün 21,11 dollar idi.
    ABŞ neftinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatının vəziyyətinin durmadan pisləşməsi, daxili tələbatın azalmasına görə, nəinki rezervuarların və anbarların, hətta sahil gəmilərindəki çənlərin və tankerlərin neftlə dolması ilə əlaqələndirilir. Pandemiyanın mənfi təsirlərlərdən ABŞ-da işsizliyin kütləvi artması da müşahidə olunur. Belə ki, 10 ilə 23,3 milyon iş yeri yaradan ABŞ iqtisadiyyatı son 1 ayda 22 milyon işçi itirib. Bu da dünyanın ən böyük iqtisadiyyatının gələcəyini çox tutqun göstərir. Bundan narahat olan prezident Donald Tramp hər gün ölkə iqtisadiyyatının yenidən açılmasının vacibliyindən danışır və bu təşəbbüsü əngəlləməsinə görə demokrat qubernatorları tənqid edir.
    Heç şübhəsiz ki, ABŞ iqtisadiyyatında tənəzzülün dərin olması dünya iqtisadiyyatının böhrandan çıxma müddətini artıran başlıca amil olacaq. /bakupost.az/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR