AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İslamiada: məmurlar ev söküb süni qarşıdurma yaradırlar - Təxribat

  • + A
  • - A
  • 2-05-2017, 09:08

    İslamiada: məmurlar ev söküb süni qarşıdurma yaradırlar - Təxribat

















    İslamiada ərəfəsində Bakıda evyıxma kampaniyası davam edir. Yarışmaya sayılı günlər qalmış vətəndaşları narazı salmağa çalışan məmurlar söküntü işlərini bu vaxta salıblar

    Beynəlxalq yarışma ərəfəsində bu işləri həyata keçirməyə zərurət yox idi.

    Hazırda evləri sökülənlər etiraza qalxır, kompensasiya tələb edir, qarşıdurma yaranır. Bu da məmurların ölkəni nüfuzdan salmaq, prezidentin gördüyü işləri ləkələmək siyasətidir.

    Belə ki, Bakıda Nəsimi rayonunun Süleyman Rüstəm küçəsinin sakinləri evlərinin sökülməsinə etiraz ediblər.

    Süleyman Rüstəm 193 ünvanda yerləşən evlərin söküntüsünə başlanılıb. Həmin ərazidə 9 ailə yaşayır. Orada söküntü aparan tikinti şirkətindən sakinlərə bildiriblər ki, sökülən evlərin yerində yeni bina tikiləcək və yeni tikilən binadan sakinlərə mənzillər veriləcək.

    Amma bu iki ildən sonra baş verəcək. Sakinlər isə bununla razılaşmırlar və evlərinə görə kompensasiya tələb edirlər. Tikinti şirkəti isə kompensasiya verməkdən imtina edir.

    Söküntü zamanı sakinlərə heç bir xəbərdarlıq etməyiblər. Hətta sakinlərdən eləsi olub ki, evinə qayıdanda evinin söküldüyünü, əşyalarının isə bayıra atıldığını görüb.

    Sakinlər rastlaşdıqları problemlə bağlı dəfələrlə Prezident Administirasiyasına gedərək şikayət etsələr də, heç bir nəticəsi olmayıb.

    Ulus.Az-ın xəbərinə görə, Hövsanda isə bir qrup şəxs hazır və yarı tikili evlərinin sökülməsinə etiraz ediblər. Onlar bu məqsədlə Hövsan kəndinin mərkəzinə toplaşıblar.

    Sakinlərin dediyinə görə, icra strukturu onlara ev tikməyə icazə vermir, tikdikləri də sökülür.

    Suraxanı rayon Hövsan qəsəbəsi 1 saylı Zeytun sovxozunun ərazisində yerləşən sakinlər onlardan pul tələb olunduğunu da deyirlər. Sakinlər yolsuzluq, sosial problemlərdən də şikayətçi olduqlarını deyirlər.

    Belə bir mühüm yarış ərəfəsində Bakının müxtəlif ərazilərində məskunlaşan insanların evinə buldozerlərlə basqın edir, evləri sökür.

    Minlərlə vətəndaşın əmlakını göyə sovurur, minlərlə ailəni, on minlərlə insanı öz yaşadığı məkanda qaçqına çevirir, yurdsuz-yuvasız qoyurlar. Məmurlar prezidentə təxribat yaratmaqla beynəlxalq diqqəti bu şəkildə cəlb edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR