8103 SMS icazə sistemi 2020-ci il 20 iyul saat 06:00-dan 5 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində fəaliyyətini davam etdirəcək.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Unikal.org-a verilən məlumatda bildirilir ki, SMS icazənin müddəti 2 saatdan 3 saata dəyişdirilib. Bununla bağlı agentliyin təqdim etdiyi videoda təlimat qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.