AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Anar Məmmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbrik etdi

  • + A
  • - A
  • 21-07-2020, 11:49

    Deputat Anar Məmmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbrik etdi

    Xəbər verdiyimiz kimi, sabah ölkə medaisı 22 İyul - Milli Mətbuat Gününü qeyd edəcək. Ölkənin üzdə olan deputatları, müxtəlif peşə sahibləri KİV işçilərini müxtəlif vasitələrlə təbrik edir, onara arzularını bildirirlər. Təbrik edənlər arasında 96 saylı Göranboy-Naftalan seçki dairəsindən deputat seçilən Anar Məmmədov da var. Azadmedia.az saytı vasitəsi ilə Media işçilərinə arzu və təkliflərindən danışarkən deputat bildirib ki, Prezident İlham Əliyevin mediaya xüsusi diqqət və qayğısı, ölkədə söz və mətbuat azadlığına diqqət göstərməsi hər zaman prioritet olub: Cənab Prezidentin "dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz" sözləri bir daha onu göstərir ki, Prezident İlham Əliyev ölkədə jurnalistlərin ən yaxın dostu və dəstəkçisidir.
    Biz də fəaliyyətimizdə çalışırıq ki, media əhlinin qələminə sözün yaxşı mənasında tuş gələk. Fürsətdən istifadə edib saytınız vasitəsilə KİV-də çalışan bütün vicdanlı peşə sahiblərini təbrik edir, onlara uğurlar arzulayıram!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR