AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: “Ermənistanın hücumları zamanı qardaşlarımızı yalqız qoymadıq”

  • + A
  • - A
  • 21-07-2020, 17:27

    Ərdoğan: “Ermənistanın hücumları zamanı qardaşlarımızı yalqız qoymadıq”


    “Türkiyə sərhədlərinin təhlükəsizliyi naminə apardığı əməliyyatlarda, atdığı bütün addımlarda və ölkə daxilində qəbul etdiyi qərarlarda milli suverenlik haqlarını istifadə edir”.

    “Milliyet”in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Heç kimin haqqına göz dikməyən, ancaq öz haqqını da sökə-sökə alan bir ölkə olmaqda davam edəcəyik.

    İstər ölkəmizin daxilində, istərsə də xaricində, istər İraqın şimalında, Suriyanın şimalında, Liviyada, azərbaycanlı qardaşlarımıza qarşı Ermənistanın etdiyi hücumlarda heç vaxt onları yalqız qoymadıq, qoymarıq”, - deyə Türkiyə Prezidenti bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR