Türkiyənin Adana şəhərində məhkəmə binasında atışma baş verib.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, məhkəmə prosesindən əvvəl binanın girişindəki yoxlama cihazının yanından iki nəfər baxılacaq işdə qarşı tərəf olan ata və qızına atəş açıb.
Bu zaman üçü uşaq olmaqla, altı nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və tibb işçisi cəlb edilib.
Yaralılar xəstəxanaya çatdırılıb.
Cinayətkarlardan biri tutulub, polis digər şəxsin axtarışına başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.