Türkiyənin Adana şəhərində polisləri daşıyan avtobusa bombalı hücum olub.
“Ölkə.Az” xəbər verir ki, məlumata görə, terror aktı zamanı 1-ri polis beş nəfər yaralanıb.
Hadisə səhər saatlarında Türkiyə vaxtı ilə 07.20-də baş verib.
Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.