Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Milli Elmlər Akademiyasının (AMES) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası barəsində inzibati protokol yazıb.
AzadMedia.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsi ilə tərtib olunan protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilib.
Bu inzibati xətaya görə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.