DSMF-nin Şamaxı rayon şöbəsinin sədri işdən çıxdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədri Xəlilov Tərlan Şahsuvar oğlu işdən çıxıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov "APA-Economics”ə faktı təsdiq edib.
F. Talıbov qeyd edib ki, T. Xəlilov iyunun 5-də tutduğu vəzifəni öz ərizəsi ilə tərk edib: "Hazırda onun vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədr müavini Tural Qasımov icra edir”.