AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Adil Əliyev: “Düşmən çoxsaylı itkilərə məruz qalıb”

  • + A
  • - A
  • 29-07-2020, 12:55

    Adil Əliyev: “Düşmən çoxsaylı itkilərə məruz qalıb”


    “Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat və ərazimizin işğalı barədə həqiqətlər müxtəlif dillərə tərcümə edilərək dünyanın nüfuzlu media qurumu tərəfindən işıqlandırılıb.”

    Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev diqqətə çatdırıb: “Bu ilin iyul ayından etibarən Ermənistanın Azərbaycanın Tovuz bölgəsində törətdiyi təxribat Ermənistanın təcavüzkar siyasət həyata keçirən bir ölkə olmasını bir daha dünyaya göstərdi. Eyni zamanda Ermənistanın bu dəfə törətdiyi təxribat zamanı yenidən mülki əhalinin yaşadıqları əraziləri hədəfə alması və bu hücumun nəticəsində həm hərbi qulluqçularımızın və bir nəfər mülki vətəndaşın şəhid olması Ermənistan hakimiyyətinin təcavüzkar siyasət həyata keçirməsini bir daha bütün dünyaya göstərdi. Tovuz rayonunda Ermənistan tərəfinin başladığı təxribat sonradan Naxçıvan ərazisində davam etdirildi. Milli Ordumuzun göstərdiyi böyük şücaət nəticəsində düşmənə layiqli cavab zərbələri vuruldu, ərazimizin bütövlüyü tam şəkildə qorundu və düşmən çox saylı itkilərə məruz qaldı. Lakin Ermənistan tərəfinin həyata keçirdiyi təxribat nəticəsində şəhidlər verdik, habelə infrastruktura və evlərə ziyan dəydi. Hazırda Ölkə başçısının Sərəncamına əsasən aidiyyəti qurumların əməkdaşlarından ibarət Komissiya yaradılmış və Tovuz rayonu və ətraf rayonlarda dəymiş ziyanın məbləği hesablanır və fəsadların aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər aparılır.

    Baş verən təxribat hadisələrin fonunda 30 ilə yaxındır Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə Ermənistan tərəfinin məhəl qoymaması və 4 qətnamənin heç birinin bu vaxta qədər icra edilməməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən birbaşa olaraq BMT-nin baş katibi Antonio Quterreşin bir daha diqqətinə çatdırıldı” – deyə Adil Əliyev vurğulayıb.

    Adil Əliyev qeyd edib ki, Ermənistan tərəfinin həyata keçirdiyi və uğursuzluqla nəticələnən son təxribatı sərhədyanı kəndlərdə əhali arasında qorxu yaratmaq və onları öz yurdlarını tərk etməyə məcbur etməyə fokuslanıb: “Ermənistanın dinc əhaliyə qarşı hücumları beynəlxalq hüquq normalarına, İnsan hüquqları və azadlıqları haqqında Bəyannaməyə, 1949-cu il Cenevrə Konvensiyasına və ona əlavə edilmiş birinci protokola ziddir. Ermənistan tərəfinin son təxribatı ilə yanaşı, bütün işğalçılıq siyasəti, bunun nəticəsində 1 milyondan çox məcburi köçkünümüzün olması, işğalçılıq siyasəti nəticəsində bütün beynəlxalq hüquq normalarının tələblərini pozulması barədə hazırlanmış məqalələr öz dilimizdən başqa türk, rus, ingilis, ərəb, alman və digər dillərə tərcümə edilərək dünyanın 30-a yaxın xəbər nüfuzlu xəbər agentliklərində çap edilmişdir, məqsədimiz Ermənistan tərəfinin həyata keçirdiyi işğalçılıq siyasətini dünyanın diqqətinə çatdırmaqdır”.

    Türkiyənin mətbuat orqanlarında:

    https://www.aa.com.tr/tr/dunya/azerbaycan-milli-meclisi-baskan-yardimcisi-aliyev-ermenistanin-kirmizi-cizgisi-yok/1921887?fbclid=IwAR0Sm1XrNJTxHMuq0MaNwhBNY4HAoPWHGVOjhEC16slRe3DlCSlsqVpmYrU

    https://www.trthaber.com/m/?news=azerbaycan-milli-meclisi-baskan-yardimcisi-aliyev-ermenistanin-kirmizi-cizgisi-yok&news_id=504509&category_id=4

    https://www.star.com.tr/dunya/azerbaycan-milli-meclisi-baskan-yardimcisi-adil-aliyev-en-buyuk-destek-turkiyeden-geldi-haber-1560633/

    https://hurkocaeli.net/adil-aliyevden-sert-elestiri/

    https://www.haberofisi.com.tr/tr/etiketler/azerbaycan-milli-meclis-baskan-yardimcisi-adil-aliyev

    https://www.cumhuriyet.com.tr/haber/azerbaycan-milli-meclisi-baskan-yardimcisi-aliyev-ermenistanin-kirmizi-cizgisi-yok-1753930

    http://www.igdirim76.com/haber/-adil-aliyev-ermenistan-saldirlariyla-uluslararasi-hukukun-tum-normlarini-ihlal-ediyor-----/6081/

    https://www.akishaber.com.tr/aliyev-ermenistan-belasini-ariyor-94534h.htm

    https://www.kocaelihaberdunyasi.com/ermenistan-yaptigi-provokasyonla-uluslararasi-hukukun-tum-normlarini-ihlale-diyor-h55553.html

    Almaniya xəbər agentliyi Ermənistan tərəfindən törədilən təxribatdan yazır:

    https://nex24.news/2020/07/adil-alijew-aserbaidschan-moechte-eine-friedliche-loesung-deskonflikts/?fbclid=IwAR2QaBGxBQUfhWPIkebm609ue3DcScshwqIqTqDH3rEVXhS3nIcaQxIwvbA

    Cənubi Koreyanın xəbər agentlikləri öz növbəsində Ermənistanın işğalından yazır:

    https://theseoultimes.com/ST/index.html

    Rusiya Federasiyasının aşağıdakı mətbuat orqanlarında:

    http://maar85.ru/media/novosti/265-vice-spiker-milli-medzhlisa-adil-aliev-armeniya-provokaciey-narushaet-vse-normy-mezhdunarodnogo-prava.html

    https://bloqtvaz.ru/2020/07/20/1649/

    Pakistan İslam Respublikasının aşağıdakı mətbuat orqanlarında:

    https://islamabadpost.com.pk/deputy-chairman-of-milli-majlis-armenia-violates-all-norms-of-international-law-by-committing-provocations/

    https://centreline.com.pk/2020/07/18/deputy-chairman-of-milli-majlis-armenia-violates-all-norms-of-international-law-by-committing-provocations/

    https://islamabadpost.com.pk/e-paper-july-20/

    Qazaxıstan mətbuat orqanında:

    https://ea-news.kz/вице-спикер-милли-меджлиса-адиль-алие/

    Ərəb ölkələrinin mətbuat orqanlarında:

    http://wwnewss.com/?p=10362

    http://www.alwasela.com/722741


    https://www.asiaelyoum.com/92991/2020/07/26/%d8%a3%d8%b1%d9%85%d9%8a%d9%86%d9%8a%d8%a7-%d8%aa%d9%86%d8%aa%d9%87%d9%83-%d8%ac%d9%85%d9%8a%d8%b9-%d9%82%d9%88%d8%a7%d8%b9%d8%af-%d8%a7%d9%84%d9%82%d8%a7%d9%86%d9%88%d9%86-%d8%a7%d9%84%d8%af%d9%88/

    http://www.shbabalnil.com/%d9%86%d8%a7%d8%a6%d8%a8-%d8%b1%d8%a6%d9%8a%d8%b3-%d9%85%d8%ac%d9%84%d8%b3-%d8%a7%d9%84%d9%86%d9%88%d8%a7%d8%a8-%d8%a7%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86%d9%8a-%d9%8a%d9%83%d8%aa/

    Eyni zamanda Asiya üzrə Diplomatik Xəbər Agentliyi də öz növbəsində qeyd olunan təcavüz faktına yer verib:

    https://dnanews.com.pk/deputy-chairman-milli-majlis-armenia-violates-norms-international-law-committing-provocations/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR