"Türkiyə hərbi bazalarını Bakıda, Gəncədə, Bərdədə yerləşdirib torpaqlarımızı birgə azad etməyincə belə xəbərlər hələ çoxumuzun ürəyini partladacaq..."
Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin rəhbərliyi hüquqi-tarixi torpaqlarımızla bağlı özbaşına qərarlar verməkdə davam edir.
“Dağlıq Qarabağın hakimiyyəti dəhşətli partlayışın baş verdiyi Beyrutdan 100-150 erməni ailəsini qəbul etməyə hazırdır...”
Moderator.az xəbər verir ki, Rusiya mediasında yayılan məlumata görə, bu sözləri qondarma separatçı rejimin Şuşada and içmiş üzdəniraq rəhbəri Arayik Arutyunyan "Böyük Kilikiya Evi”nin rəhbəri adlanan Livandakı erməni katolikosu I Aramla telefon danışığında söyləyib.
"Prezident katolikos I Aram ilə danışdı və Beyrutdakı zərər çəkmiş erməni ailələrini qəbul etməyə və Livan ermənilərinə dəstək olmaq üçün müxtəlif proqramlar həyata keçirməyə hazır olduğunu bildirdi" - bunu Rusiya mediasına açıqlamasında A.Arutyunyanın mətbuat katibi Vaqram Poqosyan deyib.
P.S. Türkiyə hərbi bazalarını Bakıda, Gəncədə, Bərdədə yerləşdirib torpaqlarımızı birgə azad etməyincə belə xəbərlər hələ çoxumuzun ürəyini partladacaq...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.