AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: “Azərbaycan dövləti istənilən böhrana hazır olduğunu sübut etdi”

  • + A
  • - A
  • 6-08-2020, 20:44

    Məşhur Məmmədov: “Azərbaycan dövləti istənilən böhrana hazır olduğunu sübut etdi”

    Pandemiya bütün dünyanı əhatə edib, iqtisadiyyata ciddi zərər vursa da, Azərbaycanda iqtisadi və sosial məsələlər həmişə prioritet olaraq qalır, öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edir ki, hər kəs görsün nə qədər böyük işlər görülüb. Dövlət tərəfindən təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Bu sözləri deputat Məşhur Məmmədov Azadmedia.az saytına Prezident İlham Əliyevin bu gün keçirdiyi müşavirəyə dair fikir bildirərkən deyib. Deputat əlavə olaraq qeyd edib ki, məlum şəraitlə əlaqədar dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də cənab Prezidentin operativ qərar və tədbirləri nəticəsində dərhal bu məsələyə müdaxilə edildi. Sirr deyil ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib. Cənab Prezidentin müşavirədə qeyd etdiyi kimi, iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb. Biz büdcəyə düzəlişlər edirik və artıq bu məsələ müzakirə olunur. Milli Məclis artıq bu məsələ ilə bağlı müzakirələr aparır. Bu, bir daha onu göstərir ki, dövlət bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyir. Çünki büdcə təsdiq olunanda pandemiya hələ başlamamışdı. Bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək.

    Bütün bunlar Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR