"Qarabağ" ən yaxşı 10 klub sırasında - Siyahı
Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) klub reytinqinə əsasən Azərbaycanın “Qarabağ” futbol komandası post-sovet məkanının ən yaxşı 10 klubu siyahısındadır.
Axar.az “Planet” xəbər daycestinə istinadla xəbər verir ki, 15 avqust tarixində UEFA-nın rəsmi verb səhifəsində Avropa futbol klublarının növbəti reytinq cədvəli yenilənib. Bu cədvəldə Avropanın 200 ən yaxşı klubları yer alıb.
Reytinq cədvəlində əsasən aşağıdakı klublar ilk onluqda yer alıblar:
1.Real Madrid
2.Bayern Münhen
3.Barselona
4.Atletiko Madrid
5.Yuventus
6.Mançester Siti
7.Paris Sen Jermen
8.Mançester Yunayted
9.Liverpul
10.Sevilya
Maraqlıdır ki, post-sovet məkanının futbol klublarını müqayisə edərkən görürük ki, reytinq cədvəli futbol klublarının son 5 ildə əldə etdikləri kofisentlərə əsasən hazırlanmışdır.
Əgər keçmiş SSRİ məkanını müqayisəli şəkildə analiz etsək, görərik ki, bu region üzrə cədvəldə, UEFA üzvü olan post-Sovet mekanı ölkələrini 200 ən çox koofisent toplayan klublar arasında 25 ən yaxşı nəticələrə malik olanları aşağıdakılardır (Mötərizədə UEFA reytinqində tutduğu yer göstərilir):
1.Şaxtyor (Donetsk, Ukrayna) – (14)
2.Zenit (Sankt-Peterburq, Rusiya) (22)
3.CSKA (Moskva, Rusiya) (33)
4.Dinamo (Kiyev, Ukrayna)(24)
5.Krasnodar (Rusiya) (45)
6.Lokomotiv (Moskva, Rusiya) (51)
7.Astana (Qazaxstan) (56)
8.BATE (Minsk, Belarus) (63)
9.Qarabağ (Ağdam, Azərbaycan) (72)
10.Spartak (Moskva, Rusiya) (84)
11. Riga (Latviya) (101)
12.Saburtalo (Tbilisi, Gürcüstan)(103)
13.Ventspils (Latviya) (105)
14.Sherif (Tiraspol, Moldova) (112)
15.Zarya (Luqansk, Ukrayna) (115)
16.Rostov (Rusiya) (116)
17.Nömmü Kalju (Tallinn, Estoniya) –( 118)
18.Dinamo (Tbilisi,Gürcüstan) 131)
19.Arsenal (Tula, Rusiya) (132)
20.Flora (Tallinn,Estoniya) (139)
21.Qəbələ (Azərbaycan) – (148)
22.Oleksandriya (Ukrayna) (151)
23.Dinamo (Minsk, Belarus) (166)
24.Süduva (Litva) (169)
25.Alaşkert (Ermənistan) (179)