UEFA “Qarabağ”ın futbolçusunu ən yaxşı seçdi
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko”nun qonağı olan “Qarabağ” Madriddən 1 xalla dönməyi bacarıb.
AZTB.info Apasport-a istinadən xəbər verir ki, bu uğurda yarımmüdafiəçi Miçelin rolu danılmazdı.
Çünki məhz ispaniyalının həmyerliləri ilə qarşılaşmanın ilk hissəsində başla vurduğu qol Azərbaycan çempionuna xal qazandırıb. 32 yaşlı orta sahə oyunçusunun bu qəhrəmanlığını UEFA da unutmayıb. Belə ki, qitə futbol qurumu məhz onu matçın ən yaxşı futbolçusu seçib.
Qeyd edək ki, 4 turdan sonra aktivində 2 xal olan “Qarabağ” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır.