Mən hələ may ayında bildirmişdim ki, "evdə qal" karantininə ehtiyac yoxdur. Bu, iqtisadiyyata zərər vurur və insanlar depressiyaya düşür.
Bunu AzadMedia.az ÜST-ün karantinin ləğv edilməsi barədə dünya ölkələrinə təklifinə münasibət bildirən professor Adil Qeybulla deyib. O bildirib ki, karantin insanların immun sistemini aşağı salır, əsəbi edir:
"Qaydalara əməl etməklə yaşamalıyıq. Pandemiya ilə yaşamağı bacarmalıyıq. Nə qədər ki, pandemiya var, qapalı məkanlarda, ictimai nəqliyyatda mütləq məsafə gözlənilməli, əllər dezinfeksiya edilməli və maskadan istifadə edilməlidir. Karantin davranış qaydalarına əməl etməklə sosial həyat davam etməlidir".
Qeyd edək ki, ÜST-ün baş epidemioloqu Mariya Van Kerkxove hökumətləri pandemiyaya görə bundan sonar karantin tətbiq etməməyə çağırıb. Kerkxove bildirib ki, bunun ağır iqtisadi nəticələri olur və insanlara lazımınca kömək etmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.