AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili seçicilərlə görüşüb, onların problemlərini dinləyib

  • + A
  • - A
  • 27-08-2020, 18:21

    Millət vəkili seçicilərlə görüşüb, onların problemlərini dinləyib


    Dünən millət vəkili Elnur Allahverdiyev seçki dairəsinin Zülfü Adıgözəlov, Nabat Aşurbəyova (Mustafa Sübhi), Murtuza Muxtarov, Şamil Əzizbəyov küçələri və Azərbaycan prospektində seçicilərilə görüşüb. Bu barədə təəssüratını Azadmedia.az saytına bölüşən Elnur müəllim qeyd edib ki, sakinlərimizlə üz-üzə gəlib, oturub dərdləşmək, söhbətləşmək ayrı bir hissdir. Seçkiqabağı təşviqat kampaniyası zamanı şahidi olduğumuz mehriban münasibəti bir daha hiss etdik.
    Bayır şəhərin (Sovetski) camaatının istiqanlılığı möhtəşəmdir. Mütləq evə dəvət edəcəklər, dayanıb hal-əhval tutacaqlar. Seçkidən əvvəl evində olduğumuz Vaqif dayı ilə, birinci Qarabağ müharibəsində döyüşçülərimizlə çiyin-çiyinə Vətənimizin bütövlüyü uğrunda savaşmış snayperçi qadın kimi tanıdığımız Cəvahir xanımla rastlaşdıq. Cəvahir xanımın kiçik həyətində min cür bitki var, çiçəyi, meyvəsi ilə. Bizi ən sevdiyi bitkisi - hind narı ilə tanış etdi. İlk dəfə idi görürdük. Bitkiçilik sahəsindəki "rəqib"i isə qonşusu Vaqif dayıdır. Şəkildə gördüyünüz üzümü o yetişdirib. Dərmansız, gübrəsiz. Bu üzüm növünü o, vaxtilə Özbəkistandan gətirib.
    Fürsət düşmüşkən dairədə görülmüş işlərə bir daha nəzər yetirdik, həlli vacib problemləri eşitdik, həyətlərdə olduq. Bayır şəhərin ən böyük problemi kiçik sahəli evlər, dar həyətlər və təmir məsələsidir.
    Müxbimizin “seçicilərin əsas şikayəti nədir?” sualına cavab olaraq deputat bildirib ki, seçicilərimizin ən çox verdiyi sual da budur: nə vaxt köçəcəyik?
    Təbii ki, dövlətimizin imkanları daxilində Bakımızın abadlaşdırılması tədbirləri çərçivəsində sakinlərə yaşayış sahələrinə görə kompensasiya verilib, bir qismi köçüb, qalanları isə gözləyir. Bu prosesdə özəl şirkətlər də aktiv olmalıdırlar, çünki ərazinin bir hissəsi məhz tikinti işi ilə məşğul olan sahibkarlara ayrılıb. Təəssüf ki, koronavirus pandemiyası ilə əlaqədar iqtisadi çətinliklər fonunda tikinti sektoru da ziyan görür. Ancaq ümid edək bu vəziyyət müvəqqətidir. Normal həyat bərpa olunan kimi proses yenidən canlanacaq!
    Millət vəkili seçicilərlə görüşüb, onların problemlərini dinləyib
    Millət vəkili seçicilərlə görüşüb, onların problemlərini dinləyib
    Millət vəkili seçicilərlə görüşüb, onların problemlərini dinləyib
    Millət vəkili seçicilərlə görüşüb, onların problemlərini dinləyib
    Millət vəkili seçicilərlə görüşüb, onların problemlərini dinləyib
    Millət vəkili seçicilərlə görüşüb, onların problemlərini dinləyib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR