Millət vəkili 1 həftədə 250 seçicisi ilə danışdı
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 250-dən çox seçicisi ilə onlayn şəkildə danışıb, qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.
Azadmedia.az xəbər verir ki, millət vəkilinin köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib və Q.Paşayeva həmin məsələlər barədə aidiyyəti qurumlara müraciətlər edib və onların bir hissəsi öz müsbət həllini tapıb.
Bundan başqa, müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi aparıb və onları COVİD-19-dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.