AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ziya Məmmədovun 6 bahalı maşını villasından müsadirə edildi - Təfərrüat

  • + A
  • - A
  • 12-05-2017, 12:03

    Ziya Məmmədovun 6 bahalı maşını villasından müsadirə edildi - Təfərrüat

















    Keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus 6 ədəd bahalı avtomobil müsadirə olunub

    Sabiq nazirin Ucarın Qazqumlaq kəndində yerləşən villasının həyətindən evakuatorlarla maşınlar çıxarılıb. Həmin avtomobillər məhkəmə icraçıları tərəfindən Bakı şəhərinə aparılıb.

    Jurnalist Fuad Hüseynov yazıb ki, avtomobillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulubmuş. Bir neçə gün əvvəl isə keçmiş nazirin təyyarəsinin əlindən alındığı xəbəri yayılmışdı. Qardaşı məlumatı təkzib etsə də, Z.Məmmədovun təyyarəyə sahib olduğunu təsdiqləmişdi.

    Ziya Məmmədovun “Gulf Stream” markalı şəxsi təyyarə aldığı Azərbaycan ictimaiyyətinə 2012-ci ilin yayından bəlli olmuşdu.

    O zamandan bu yana - son günlərə qədər həmin şəxsi təyyarə Ziya Məmmədovun istifadəsində olub. İndi bəlli olur ki, səlahiyyətləri hissə-hissə əlindən alınıb, nəhayətdə hökumətdən qovulan Ziya Məmmədovun bu imtiyazı da ləğv edilib.

    Ondan şəxsi təyyarəsini “dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib. Saytların iddiasına görə, təyyarədən son illərdə əsasən keçmiş nazirin oğlu Anar Məmmədov istifadə edirmiş.

    Yeri gəlmişkən, aldığımız bilgilərə görə, Ziya Məmmədov “vurulandan” bəri onun və ailə üzvlərinin, o cümlədən oğlu Anar Məmmədovun əksər gəlirli biznesləri və əmlakları əllərindən alınmaqdadır.

    Ulus.Az xəbər verir ki, artıq maşınlarına da həbs qoyulması onun tamamilə tərki-silah olunması deməkdir.

    Onu da deyək ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildiyindən sonra işsiz qalan Ziya Məmmədov yenidən hədəfə gəlib.

    Bir müddət öncə də Ziya Məmmədov nazir olduğu zamanlarda yol verdiyi korrupsiya, yeyinti faktlarına görə gündəmə gəlmişdi.

    Ancaq sonradan bu məsələlər bir qədər səngidi. Bu günlərdə isə Bakının yol infrasturukturunda olan nöqsanlar Ziya Məmmədovun adına yazıldı.

    Belə ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli müsahibədə zamanında Bankının yol infrastrukturunun, marşrut xətlərinin, dayanacaqların düzgün quraşdırılmadığını vurğulayıb.

    Sabiq nazirin həbs olunması ilı bağlı söhbətlər ciddiləşir. Bununla bağlı xəbərlər işdən çıxarılarkən daha yayğın idi. Bir müddət öncə Məmmədovların sahibi olduğu “Garant Holding”in maliyyə qaynaqları ciddi müzakirəyə çıxarıldı.

    Daha sonra Dəmir Yolları QSC-nin Nəqliyyat Nazirliyinin balansında olan zaman keçirdiyi tender zamanı xarici şirkətlərlə müəmmalı sövdələşmələrə getdiyi məlum oldu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR