Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində böyük itki ilə üzləşən Ermənistanda kəskin əsgər çatışmazlığı günü-gündən özünü daha çox göstərməyə başlayıb.
Belə ki, əvvəlcə 55 yaşa kimi kişilər üçün səfərbərlik elan edilmişdi, sonra qadınlar cəbhəyə çağırıldı, indi isə son bir ildə xidmətlərini başa vurmuş keçmiş hərbçilər səfərbərliyə alınıb.
Bu barədə TASS xəbər verib.
“Hərbi forması olanlardan bu geyimləri mərkəzi hərbi qeydiyyat komissiyasına təqdim etmələrini xahiş edirəm”, - deyə müraciətdə əlavə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.