Əli Nağıyev: Yeni təhdidlərə çevik cavab vacibdir

Beynəlxalq təhlükəsizlik sistemində yeni mərhələ başlayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev IV Bakı Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib ki, ənənəvi təhlükəsizlik mexanizmləri meydana çıxan yeni təhdidlərə çevik cavab verməkdə yetərli deyil.
Əli Nağıyev etibarlı tərəfdaşlığın təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
DTX rəisi qeyd edib ki, təhlükəsizlik artıq yalnız sərhədlərin qorunması məsələsi deyil. Onun sözlərinə görə, davam edən münaqişələr regiondakı proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.