Leyla Əliyeva erməni təcavüzü ilə bağlı paylaşım etdi
![]()
Xəbər verdiyimiz kimi, Gəncə şəhəri ərazisinə Ermənistan silahlı qüvvələrinin atdığı dağıdıcı xassəli mərmilərin düşməsi nəticəsində yaralananlardan biri azyaşlı uşaqdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəllüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb:
“Ermənilərin azərbaycanlı mülki vətəndaşlara qarşı terroru davam edir. 10 aylıq körpə Gəncə şəhərinin yaşayış məntəqələrinə ermənilərin atdığı raket zərbəsi nəticəsində yaralanıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.