AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan əsgərlərin döyüş mövqelərini tərk etməsindən HİDDƏTLƏNDİ

  • + A
  • - A
  • 8-10-2020, 12:22


    Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda gedən döyüşlər barədə öz fikirlərini bölüşüb.

    AzadMedia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bəzi əsgərlərin döyüş mövqelərini tərk etdiyini, orduda panika yaradan şəxslərin saxlanıldığını deyib.

    “Bir neçə gün əvvəl məlumat almışam ki, döyüş bölgəsinə gedən şəxslər əsgərlərə “Nikol torpaqları satıb, bu şərti müharibədi, sizi qırğına verəcəklər və mövqeləri saxlamaq mənasızdır” - deyə çağırışlar edib.

    Bu sözlər, hətta hədələr nəticəsində bəzi əsgərlər mövqelərini tərk edərək geri çəkiliblər. Mənim göstərişimlə Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb və əsgərlər arasında panika yaradan Xankəndi sakini saxlanılıb”.

    Paşinyan panikaya qapılan bir çox əsgərlərin döyüş mövqeyini tərk etdiyini söyləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR