AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov : "Gəncə Terror”unu törətməkdə işğalçı Ermənistanın əsasən, iki məqsədi var idi”

  • + A
  • - A
  • 18-10-2020, 09:30


    AzadMedia.az-da Ülkər Piriyevaya açıqlamasında, Milli Məclisin Deputatı Məşhur Məmmədov Gəncəyə olunan terror aktı ilə bağlı olaraq, işğalçı Ermənistanın əsasən, iki məqsədinin olduğunu vurğuladı.

    Millət vəkili Məşhur Məmmədov, “Gəncəyə olunan bu qəsd, bu insanlığa qarşı atılan bir cinayət addımıdır. Bu hərbi cinayətdir. Ermənilər bunun arxasında gizlənmək istəyirlər. Terrorçu Erməmnistan Gəncə terrorunu törətməkdə əsasən iki məqsədə qulluq edir”.

    Bunlardan ən başlıcası,

    “Azərbaycanın daxilində birliyi, bərabərliyi, bu vəhdəti pozmağa çalışırlar. İnsanlarımızın içində, panika yaratmaq istəyirlər. Amma, əslində, bütün bunlar hamısı bizim millətin daha da, birliyinin daha da vəhdətinin yaranmasına xidmət edir. Və nəticə olaraq, onu söləyə bilərəm ki, ermənilər bununla, Ali Baş Komandanımızın, ordumuzun və xalqımızın daha da əzmlə addım atmasına köməklik etdilər”.

    İkinci növbədə,

    “Ermənilərin əsasən məqsədləri, cavab olaraq, Azərbaycan ordusunun Ermənistan ərazisinə atəş açmasını istəyirlər, baş versin ki, bununla da bu məsələyə üçüncü qüvvələrin cəlb edilməsini istəyirlər, bu onların arzularıdır. Və bu da başda olaraq, əsasən, Rusiyanın öz tərəflərinə cəlb olunması və bunun da arxasınca, ermənilər bilirlər ki, Türkiyə də o zaman, biganə qalmayacaq, Türkiyənin də buna cəlb olunması, bununla, bəzi öz niyyətlərinə çatmaq istəyirlər. Amma Azərbaycan heç vaxt buna getməyəcək. Çünki bizim mülki insanlarla heç vaxt işimiz olmayıb. Azərbaycan Ordusu mərdliklə Ermənistanın hərbçilərilə müharibə aparır. Biz öz haqq işimizi həyata keçiririk. Öz torpaqlarımızı azad edirik. Və Azərbaycan Ali Baş Komandanı dönə-dönə deyib ki, bizim heç bir erməni əsilli azərbaycan vətəndaşları ilə işimiz yoxdur. Onlar əgər Azərbaycan vətəndaşı olmaq istəyirlərsə və Azərbaycanda yaşamaq istəyirlərsə, həmişə biz onlar üçün hər şey edəcəyik. Bugün də, yenə də onu təkrarladı və biz yenə də deyirik, “Bizim mülki adamlarla işimiz yoxdur!” Biz, sadəcə və sadəcə olaraq, vətən müharibəsi aparırırıq, torpağımızı işğalçılardan azad eləmək istəyirik, buna da nail olacağıq, yəni bugünki gün Fizulinin azad olunması da, buna bariz nümunədir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR