"21 Oktyabr, Dünya Jurnalistlər Günü" münasibətilə, Türkiyə Jurnalistlərini və bütün jurnalistlərimizi təbrik edirəm
"Jurnalistika qaydası: hər kəslə danışın"
"21 Oktyabr, Dünya Jurnalistlər Günü" münasibətilə, Türkiyədəki Jurnalist dostlarımızı və bütün jurnalistlərimizi ürəkdən təbrik edirəm!
Dünyada jurnalistlərə təqdim olunan üç xüsusi gün var. Antik dövrlərdən qalma qəzet sayəsində insanların maraqlandığı məlumatlar mənbəyindən oxucuya ötürülür. Xalqa obyektiv məlumat verməyi boynuna götürən jurnalistlər üçün qeyd olunan 21 Oktyabr Dünya Jurnalistlər Günü, ilk özəl qəzet olan Tercüman-ı Ahval-ın 21 oktyabr 1860-cı ildə başlamasına əsaslanaraq bu gün də qeyd olunur. İstanbul Jurnalistlər Cəmiyyəti, PTT rəhbərliyinə 1960-cı ildə bir marka çap etdirdi, buna görə də 100-cü ildönümünü qeyd edir.
Gecə-gündüz çalışan, demokratiyanın yanında olan, millət üçün yazan və böyük səy göstərən, cəmiyyətlərin məlumatlandırılması və inkişafı üçün çalışan, müharibələr və təbii fəlakətlər kimi hər cür çətin şəraitdə çalışan, ictimai maraqlar üçün dəqiq və obyektiv reportajlar hazırlayan əziz mətbuat mənsubları peşə həyatınızda uğurlar arzulayıram.
Peşələrini şərəflə yerinə yetirən mətbuat işçilərini 21 Oktyabr Dünya Jurnalistlər Günü münasibətilə təbrik edirəm.
Eyni zamanda, AzadMedia.az əməkdaşları olaraq, Türkiyə jurnalistlər birliklərini, media organlarının başqanlarını, xüsusilə bunlardan, Azərbaycan təmsilçiliklərinə rəhbərlik etdiyim xəbər potallarının rəhbərləri, tanınmış jurnalistlər - Serdar Akyol, Abdullah Yiğit, Nihat Kale, Hakan Dikmen və Mehmet Poyraz hər birinizi, Dünya Jurnalistlər günü münasibətilə təbrik edirəm, sizlərə sağlıqlı ömür yolu ve uğurlu jurnalistika həyatınızda, hər zamankı kimi öndə olmağınızı Allahdan diləyirəm..
Xəbərləri və məlumat axınını cəmiyyətə qərəzsiz əks etdirmək, sosial problemləri dilə gətirmək, demokratiya və inkişafa töhfə vermək üçün gecə-gündüz çətin şərtlərdə çalışan dəyərli mətbuat işçilərinin Jurnalistlər Günü mübarək olsun.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.