Jurnalistlər üçün tikilən üçüncü binada son vəziyyət
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli danışıb
“Jurnalistlər üçün tikilən üçüncü binada hazırda işlər gedir.”
İstiPress-in məlumatına görə, bu barədə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib.
O qeyd edib ki, 2020-ci ildə 255 mənzilli binanın jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulub: “Jurnalistlərin sosial mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə artıq iki bina təhvil verilib.
2013-cü ildə jurnalistlərin istifadəsinə verilən birinci bina 156 mənzili əhatə edirdisə, 2017-ci ildə təhvil verilən ikinci bina isə 255 mənzildən ibarətdir.”