AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov İzmir zəlzələsi ilə bağlı Türkiyəyə başsalığı verib

  • + A
  • - A
  • 30-10-2020, 21:23



    İzmirdə baş verən zəlzələ qardaş Türkiyə qədər Azərbaycan vətəndaşlarının da ürəyini yandırdı, bizlərə acı yaşatdı. Bunu sosial şəbəkələri izləyəndə də aydın görmək olur. Bu da səbəbsiz deyil, çünki illərdir qardaş Türkiyə ilə bir millət, iki dövlət olaraq yaşayırıq. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Təəssüf ki, son məlumatlara görə 12 nəfər həyatını itirib, 419 yaralı var.
    Müharibə şəraitində yaşamağımıza baxmayaraq, çətin gündə həmişə türk qardaşlarımıza yardıma, dəstəyə hazırıq. Bunu, özümüzə mənəvi borc bilirik. Zəlzələ baş verəndən qısa müddət sonra cənab Prezident İlham Əliyevin hörmətli Rəcəb Tayyib Ərdoğana zəng edib hər cür dəstəyə hazır olma təklifi, Fövqəladə Hallar naziri hörmətli Kəmaləddin Heydərovun və Baş nazir Əli Əsədovun da Türkiyə rəsmilərinə eyni məzmunlu təklifləri bir daha sübut etdi ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır.
    Başın sağ olsun, Türkiyəm, başın sağ olsun İzmir!
    Acınız, acımızdır. Türkiyə möhtəşəm, regionun güclü dövlətə çevrilməsi yolunda tarixin çox sınaqları ilə üz-üzə qalıb, həmişə üzüağ çıxıb, əzəmətini qoruyub.

    İnşəAllah, bu da keçər!

    Məşhur Məmmədov,
    Millət vəkili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR