AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran-Türkiyə sərhədində zəlzələ olub

  • + A
  • - A
  • 26-02-2020, 10:40

    İran-Türkiyə sərhədində zəlzələ olub


    İranın Qərbi Azərbaycan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.
    “HaberGlobal”ın məlumatına görə, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) xəbər yayıb.

    Bildirilir ki, yeraltı təkanlar təqribən yeddi kilometr dərinlikdə qeydə alınıb.
    Xatırladaq ki, fevralın 23-də eyni ərazidə baş verən 5,7 bal gücündə zəlzələ zamanı Türkiyə-İran sərhədində bir neçə kənddə evlər uçub. Təbii fəlakət zamanı dördü uşaq olmaqla, doqquz nəfər həlak olub, 54 nəfər isə yaralanıb.

    Həmin gün axşam saatlarında Xoy şəhərində 5,9 bal gücündə daha bir zəlzələ baş vermişdi. Ancaq təbii fəlakət bu dəfə qurbansız ötüşmüşdü. (oxu.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR