AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tailandda erməni terrorunun qurbanları yad edilib

  • + A
  • - A
  • 31-10-2020, 14:53


    Tailand Krallığında yaşayan azərbaycanlı icmasının fəallarından olan Gündüz
    Qasımlının təşəbbüsü ilə Phuket şəhərində işğalçı Ermənistan ordusunun törətdiyi terror
    aktlarının qurbanları yad edilib. Anım tədbirində azərbaycanlılarla yanaşı, yerli sakinlər
    və digər xalqların nümayəndələri də iştirak edib.
    Tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun Gəncə və Bərdədə törətdiyi terror
    aktlarının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəkilləri önünə
    gül dəstələri düzüblər.
    Bildirilib ki, təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə
    bölgəsindən kənarda, müxtəlif şəhər və rayonlarında dinc əhalini qəsdən hədəfə alaraq
    onlarla günahsız insanı, xüsusilə də azyaşlı məsum uşaqları qətlə yetirməsi insanlıq
    əleyhinə cinayətdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR