Kiyev Azərbaycanlıları Konqresi yaralı döyüşçülərə əlil arabaları göndərib
Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində ordumuzun təminatının yüksək
səviyyədə olmasına baxmayaraq, xaricdəki diaspor təşkilatları da orduya və
ermənilərin terror aktlarından zərər çəkmiş mülki əhaliyə mənəvi və maddi
dəstəklərini əsirgəmirlər.
Belə ki, Kiyev Azərbaycanlıları Konqresi torpaqlarımızın işğaldan azad olunması
uğrunda gedən döyüşlərdə yaralanan, hərbi hospitallarda müalicə olunan
hərbçilərimiz üçün nəzərdə tutulmuş 10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət
Komitəsinə göndərib.
Qeyd edilən əlil arabaları çatdırılması üçün aidiyyatı quruma təhvil verilib.