Diasporla İş üzrə Dövlət Komitəsinin Ukraynadakı Azərbaycan diasporuna müraciəti
6 noyabr 2020-ci il tarixdə Komitəyə daxil olmuş ilkin məlumatlara görə,
ermənilərin Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycanın Fəxri
Konsulluğunun binasını atəşə tutması bir daha onu göstərir ki, Ermənistan Silahlı
Qüvvələrinin döyüş meydanında uğursuzluğu, dünya miqyasında Azərbaycanın
mövqeyinin dəstəklənməsi Azərbaycan diasporunun aktiv fəaliyyəti ilə əlaqəli
şəkildə baş verir və bu, yalanları həqiqət kimi təqdim etməyə adət edən dünya erməni
lobbisini, xəyanətkar erməni diasporunu təşvişə salır. Buna görə də bütün
mövqelərdəki məğlubiyyətlər fonunda xaricdəki maraqlı erməni dairələrinin
azərbaycanlılara qarşı müxtəlif təxribat fəndləri həyata keçirməsi təəccüblü deyil.
Həmin qanunazidd hərəkətlərin başlıca məqsədi Azərbaycan tərəfini müəyyən
təxribat xarakterli hərəkətlərə təhrik etmək, sonradan isə cinayət əməllərində ittiham
etməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynadakı Azərbaycan diasporunu ayıq-sayıq
olmağa, ermənilərin təxribatlarına uymamağa, yalnız Ukrayna qanunları
çərçivəsində fəaliyyət göstərməyə və hüquq-mühafizə orqanlarına müraciət etməyə
çağırır.
Bir daha bəyan edirik ki, erməni təxribatları barədə məlumatları, eləcə də
bunları əks etdirən foto və videofaktları Diasporla İş üzrə Dövlət Komitəsinin
7/24 saat fəaliyyət göstərən “Qaynar xətt”i ilə çatdıra və rəsmi email ünvanına
göndərə bilərsiniz:
Qaynar xətt və WhatsApp: +994 50 607 98 36
Email: info@diaspor.gov.az