Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı mətbuat vasitəsi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğanda müraciət edib. Onun müraciəti Azərbaycanın müstəqilliyi və tərəqqisi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Həsənov Məhəmməd Ələsgər oğlu ilə bağlıdır. Birlik sədri bildirir ki, Milli Qəhrəman 9 noyabr tarixində aftomobil qəzasına uğrayaraq Gəncə Beynəlxalq hospitalının reanimasiya şöbəsinə yerləşdirmiş və hazırda vəziyyəti olduqca ağırdır:
“Möhtərəm Prezidentlərimizdən Milli Qəhrəmanımız Məhəmməd Həsənovu Qardaş Türkiyə Respublikasındakı hospitallardan birinə köçürülərək müalicəsinin nəzarətə götürməsini xahiş edirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.