Deputat Hikmət Babaoğlu - "Ümid edirəm və inanıram ki, ayın 20-də, Ağdamı təhvil alacağıq" - Müsahibə
Milli Məclisin deputatı Hikmət Babaoğlu, AzadMedia.az – da Ülkər Piriyevaya verdiyi açıqlamada, “Ümid edirəm və inanıram ki, noyabr ayının 20-də artıq biz, Ağdamı təhvil alacağıq” deyə bildirib.
Deputat Hikmət Babaoğlu, "Azərbaycanın əldə etdiyi qələbə, qəti qələbədir. Və işğalçı düşməni diz çökdürübdür. Hazırda, erməni hərbi birləşmələrinin və qeyri-qanuni məskunlaşmış sakinlərinin işğal altında olmuş digər üç rayonumuzdan çıxarılması ilə bağlı, konkret qrafik müəyyənləşdirilibdir. Bu qrafikə görə noyabr ayının 20-də, Ağdam artıq təhvil verilməlidir. Və mən düşünürəm ki, qeyd olunan 9 maddəlik bəyanatın hər bir bəndi yerinə gətiriləcəkdir. Sadəcə, Kəlbəcər burda bir istisna təşkil etdi. Çünki bu da real texniki səbəblərdən bağlı idi və mən düşünürəm ki, qrafikin digər maddələrinin bəndlərinin icra olunması ilə bağlı heç bir dəyişiklik olmaz, olmamalıdır. Ümid edirəm ki, inanıram ki, həm də, ayın 20-də artıq biz, Ağdamı təhvil alacağıq. Çünki işğalçı tərəf başa düşür ki, heç bir halda, imzalanmış bəyannamədə olan tələblərin pozulması, onun xeyrinə deyil. Və dəqiq bilir ki, bu qrafikdə hər hansı bir yubanmalar olarsa, və yaxud bunun yetirilməsində hər hansı bir problem yaranarsa, o zaman, Azərbaycan ordusu dərhal, həmin bənddən irəli gələn tələbləri yerinə yetirməyə hazırdır. Və bu hazırki, hərbi-siyasi reallıqdır. Mən düşünürəm ki, ayın 20-də İnşaallah, Ağdamı, 25-də Kəlbəcəri və nəhayət, dekabrın 1-də Laçını Müzəffər Azərbaycan Ordusu nəzarətə götürməklə, müharibədəki əldə etdiyimiz uğurlar tamamlanacaq və Azərbaycanın ərazi bütövlüyü birdəfəlik və həmişəlik bərpa edilmiş olacaqdır", deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.