AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat – “Niderland nə Avropa siyasətində, nə də dünya siyasətində təyinedici aktorlardan biri deyil” - Müsahibə

  • + A
  • - A
  • 18-11-2020, 22:30

    Deputat – “Niderland nə Avropa siyasətində, nə də dünya siyasətində təyinedici aktorlardan biri deyil” - Müsahibə

    Deputat Hikmət Babaoğlu -
    “Niderland nə Avropa siyasətində, nə də dünya siyasətində təyinedici aktorlardan biri deyil”


    AzadMedia.az – da Ülkər Piriyevaya verdiyi açıqlamada, Milli Məclisin Deputatı Hikmət Babaoğlu, “Niderland nə Avropa siyasətində, nə də dünya siyasətində təyinedici aktorlardan biri deyil” deyə bildirib.

    Deputat Hikmət Babaoğlu, “Niderland nə Avropa siyasətində, nə də dünya siyasətində təyinedici aktorlardan biri deyil və onun qəbul etdiyi qərarlar əslində, öz ölkələrinin maraqları konteksində qiymətləndirilərkən belə, onların özlərinə heç, yaxşı bir şey vəd etmir. Ancaq Avropa siyasi xəritəsinə diqqət yetirsək, görərik ki, Avropanın bəzi böyük dövlətləri, yəni, Avropa siyasətini müəyyənləşdirən 4 böyük ölkə bu və ya digər məsələlərdə kiçik ölkələr vasitəsilə müəyyən mesajlar verməyə çalışırlar və bu da, Avropa siyasətinin tərkib hissəsindən biri kimi nəzərdən keçirilməlidir. Ancaq təcrübə göstərir ki, bu cür davranışlar nəticə etibarilə, qlobal konteksdə baş verən hadisələrə əsla, təsir göstərə bilmir. Hər şeydən öncə, ona görə ki, qəbul edilən qərarlar obyektivə söykənmir və nəyəsə təsir edəcək gücə sahib deyil. Ona görə də, Hollandiya Parlamentinin qəbul etdiyi məlum qərar, sadəcə təssüf hissi doğurur və gələcəkdə, Türkiyəylə və Azərbaycanla münasibətlərdə onların özləri üçün yaxşı perspektivlər vəd etmir” deyib.

    Deputat eyni zamanda, “Mən düşünürəm ki, bu, hazırda, regionumuzda Türkiyə və Azərbaycanın birlikdə yaratdığı, yeni geostrateji gerçəkliyin rasional əsaslarda, qiymətləndirilib doğru dərk edilməməsindən irəli gəlir ki, gələcəkdə, bu reallıq dərk edildikcə, Azərbaycana və Türkiyəyə qarşı olan bənzər aqressiv adımlar da, artıq olmuyacaq” deyə, fikirlərini sonlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR