AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Rumıniyanın bu şəhərdəki baş konsulluğunu bağlayır

  • + A
  • - A
  • Bu gün, 18:30

    Rusiya Rumıniyanın bu şəhərdəki baş konsulluğunu bağlayır

    Rusiya Rumıniyanın Sankt-Peterburqdakı baş konsulluğunu bağlayır və həmin ölkənin baş konsulunu “persona non grata” (arzuolunmaz şəxs) elan edib.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu qərar Rumıniyanın may ayında Rusiyanın Konstansadakı baş konsulluğunu bağlamasına və rusiyalı baş konsulu ölkədən çıxarmasına cavab olaraq qəbul edilib.

    Məlumata görə, Rəsmi Moskva məsələ ilə bağlı Rumıniyanın Rusiyadakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim edib.

    Xatırladaq ki, Rumıniya qərarını Qalats şəhərində baş verən dron insidenti ilə əlaqələndirmişdi. Belə ki, may ayında sözügedən şəhərdə yaşayış evinə dron düşmüşdü. Nəticədə, 2 nəfər xəsarət almışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR